Yanvarın 15-də Qüds Rəzəvi ostanında Həzrət İmam Rzanın (ə) qəbrinin tozunun alınması mərasimi keçirilib.
Astan News xəbər verir ki, Ayətullah Musəvi Xalxali, Ayətullah Əşrəfi Şahrudi, Məşhəd şəhərinin imam cüməsi Ayətullah Ələm Əl-Hoda və Qüds Rəzəvi ostanının rəhbəri Seyid İbrahim Raisi İmam Rzanın (ə) pak qəbrinin tozunu almaq üçün zərihin içinə daxil olublar. Xüsusi mərasimlə başlayan qəbrin toz alma mərasimində, Xorasan vilayətinin 70 imamı, Məşhəd elm hövzələrinin tələbələri, şəhid ailələri, hökumət və ordu rəsmiləri də iştirak ediblər.
Quran ayələrinin tilavəti, xüsusi dualar və ziyarətnamələrin oxunuşu ilə keçirilən mərasimdə Həzrət İmam Rzanın (ə) mübarək qəbrinin tozu alınıb və qəbrin örtüyü yenisilə əvəzlənib. Xəbər dəyərlər saytına istinad edilir.
مطالب مشابه