جمعه 7 اردیبهشت 1403

14 August 2023

İmam Əlinin (ə) zərihin mərhələli yenilənməsi işlərindən görüntülər

İmam Əlinin (ə) zərihin mərhələli yenilənməsi işlərindən görüntülər


2017-ci ilin ilk on günlüyündə Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) pak hərimində Həzrətin qəbrinin yerləşdiyi zərihin açılışı olmuşdur. Bəs siz İmam Əlinin (ə) qəbrinin yerləşdiyi zərihinin necə edildiyini heç bilirsiniz?

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) qəbrinin yerləşdiyi zərihin 7 ay davam edən yenilənməsi işləri mərhələli şəkildə görülüb. Zərihin yenilənməsi işlərində hərəmin mühəndis texniki idarəsinin işçilərilə hərəmin baş katibi Seyid Nizar Haşim fəal iştirak edib. Zərihin hündürlüyü 4, uzunluğu 6.35, eni isə 5 metrdir.

Qeyd edək ki, təmir bərpa işləri nəticəsində qəbrin gümüş çərçivələrinin üzərinə quraşdırılmış taxtadan olan bütün ətraf hissələri bərpa olunmuş və yeniləmişir. Həmçinin gümüş və qızıl hissələrinin yenilənməsi və bərpası işləri həyata keçirilmişdir. 1938-ci ildə (h.q. 1360) qurulan zərihin 70 il ərzində müxtəlif səbəblərlə zədələnmiş hissələri, xüsusilə də keçən əsrin 90-c illərinin əvvələrində keçmiş Bəəs rejimin bombardmanına məruz qalmış taxta, gümüş və qızıl hissələri də yenilənmişdir.