پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İraqda ilk dəfə qədim əlyazmaların surəti çıxarıldı

İraqda ilk dəfə qədim əlyazmaların surəti çıxarıldı


İraqda Əl-Kufeyl mətbuat və yayım mərkəzi ilk dəfə yeni bir texnologiyadan istifadə edərək, qədim əlyazmaların surətini çıxardıb və çap üçün hazırlamışdır.

Al-Kafeel saytına istinadən xəbər verir ki, mətbəənin məqsədi orijinal əlyazmaların qorunması və orijinal nüsxələri istifadə etmək əvəzinə surəti çıxarılmış əlyazmaların tədqiqatçılar arasında yayılmasıdır. Beləliklə, nadir əlyazmalarının zərər görməsinin qarşısı alınacaq.

Mətbəənin müdiri Feras İbrahimi yeni layihə ilə bağlı belə danışıb: "Mətbəə işçiləri orijinal nüsxə ilə köçürülmüş nüsxəni 90% xətt və ümumiyyətlə şəkil baxımından, hətta ən kiçik detala qədər kitabla uyğunluğu məsələsində çalışır. Həmçinin surəti çıxarılmış nüsxənin uyğunluğu və işlənməsi xüsusi kompyuter proqramlarından istifadə edilməklə aparılmışdır". Xəbər dəyərlər saytına istinad edilir.