جمعه 7 اردیبهشت 1403

14 August 2023

Dünyada Qurani-Kərimin ən qədim əlyazmalarının 5 nüsxəsi

Dünyada Qurani-Kərimin ən qədim əlyazmalarının 5 nüsxəsi


Dünyanın müxtəlif bölgəsində bir çox əlyazma Qurani-Kərim nüsxələri mövcuddur. Amma bu İlahi kitabın 5 qədim əlyazması İslam dinin gəlişinin ilk illərinə təsadüf edir.

Dəyərlər saytının İQNA-ya istinadən xəbər verir ki, həmin 5 qədim əlyazma Qurani-Kərim nüxələri aşağıdakılardır.

Yəmənin Əl-Zalə şəhəri əlyazma nüsxəsi

Bu qədim Qurani-Kərim əlyazması Zale şəhəri Sab-ur-Ubur dağındakı mağaralardan birində yəmənli bir gənc tərəfindən tapılmışdı. Yazılışı hicri-qəməri 200-cü ilə təsadüf edir və təxminən 1236 yaşı var. Bu nüsxənin ilk səhifəsində bu kitabın hicri-qəməri 200-cü ildə yazıldığı qeyd olunub.

Almaniyanın Baden-Vürttenberq əyalətindəki əlyazma Qurani-Kərim nüsxəsi

Almaniyanın Baden-Vürttenberq əyalətindəki əlyazma Qurani-Kərim nüsxəsi miladi təqvimin 7-ci əsrinə aiddir. Bu əyalətin universitet kitabxanasında tapılmışdır. Baden-Vürttenberq universitet kitabxanası bu nüsxəni 1864-ci ildə alman diplomatın şəxsi kitabxanasından satın almışdır. Bu nüsxənin 1366 yaşı var.

Tailandda Əndəlus Qurani-Kərim əlyazma nüsxəsi

Əndəlus əsilli bu qədim nüsxə bu günə qədər Tailandın cənubundakı Narativat şəhərində qorunur. Miladi 732-ci ildə Əndəlus əmiri Abdulrahman Əl-Ğafiki adlı böyük hərbi sərkərdədən birinə məxsusdur. Bu nüsxənin mənşəyi Əndəlus dövlətinə əsaslanır.

Yəmənin Came məscidindəki əlyazma Qurani-Kərim nüsxəsi

Bu əlyazma Qurani-Kərim nüsxəsi Yəmənin paytaxtı Sənanın came məscidi əlyazma Qurani-Kərimi kimi məşhurdur. Sel nəticəsində dağıdılan məscidin bərpası zamanı tapılmışdır. Bu nüsxənin 1344 yaşı var.

İngiltərənin Birminqem universitetindəki Qurani-Kərim əlyazmaları

Bu nüsxə dünyanın ən qədim Qurani-Kərim nüsxələri kimi qəbul olunur və 1370 yaşı vardır. Bu yaxınlarda İngiltərənin Birminqem universitetinin kitabxanasında aşkarlanmışdır.

Mütəxəssislər bu əlyazmaların Məhəmməd (s) peyğəmbərin səhabələrindən birinə və ya onlardan sonrakı tabeinlərə məxsus olduğunu iddia edirlər.

Bu əlyazma Qurani-Kərim nüsxəsi 18-dən 20-yə qədər olan surələri əhatə edir. Ərəb dilinin ən qədim xətti olan Hicaz xətti ilə yazılmışdır.