چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İtaliyalı xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

İtaliyalı xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi


İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) pak hərəmini ziyarət edən Roksana Elena Neqra adlı italiyalı xanım İslam dini barədə apardığı araşdırmalardan sonra, səmavi son dini öz yeni dini kimi seçib.

Dəyərlər saytının verdiyi xəbərə görə, italyalı xanım kəlimeyi-şəhadət deyib İslam dinini qəbul etdikdən sonra, Asdan News müxbirinə müsahibə verib: "Mən psixologiya fakültəsinin tələbəsiyəm və Allaha daha çox yaxınlıq və rahatlığa qovuşmaq, eləcə də xəstələrimin müalicəsi üçün yol axtarırdım. Nəhatyət İslam dininin bütün bu xüsusiyyətlərə malik olduğunu dərk etdim".

Roksana Elena Neqra sözlərini belə davam edib: "Mən ilk dəfədir ki, Qüds Rəzəvi ostanına gəlmişəm və İmam Rzanı (ə) ziyarət etmək və bu anlar mənim üçün unudulmaz bir hadisəyə çevrildi. Mən İslamı dərk etmək üçün Quranı oxudum. Hazırda isə Nəhcül Bəlağə və başqa hədis kitablarını oxuyuram, çünki bu kitablar məni ən yaxşı bir formada bu dinin ali təməlinə istiqamətləndirir. Yeni müsəlman olanlar üçün ən yaxşı yol, onların daha çox İslamla bağlı kitab oxumalarıdır, çünki bu iş onları İslam dininin həqiqətinin bünövrəsinə yönəldəcəkdir".

İtalyalı xanım açıqlamasının davamında belə danışıb: "Əhli Beyt (ə) ailəsilə tanış olmaq, insanın İslam dini istiqamətində addım atması və bu dinin dərin və ali təlimlərilə tanış olması üçün şərait yaradır".

Qüds Rəzəvi ostanının xarici zəvvar işləri idarəsi tərəfindən yenicə müsəlman olmuş italiyalı xanım Roksana Elena Neqraya müxtəlif mənəvi dəyərli hədiyyələr təqdim edilib.