شنبه 8 اردیبهشت 1403

14 August 2023

Azərbaycanda vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır

Azərbaycanda vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır


Bunu DQİDL-nin sədri sədri Mübariz Qurbanlı söyləyb.

Dövlət Komitəsi bildirib ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür: "Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. 

O, həmçinin bildirib ki, bu il, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaqdır".