پنج شنبه 30 فروردین 1403

14 August 2023

Hz. Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə əza mərasimi keçirildi

Hz. Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə əza mərasimi keçirildi


Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, Beynəlxalq Al-Mustafa Unversitetinin Gürcüstan nümayəndəliyi, Əhli-Beyt (ə) cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) şəhadəti günü münasibəti ilə əza mərasimi keçirildi.Mərasim Kərbəlayi Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutaraq və Quran qarisi Rza Cəfərinin Quran tilavəti ilə açıldı.Tilavətin ardınca Al-Mustafa Unversitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zarii öz növbəsində çıxış etdi. Sonra alim "Xanim Məsumənin (s.ə) kəramət və fəzilətindən" danışaraq O, əzəmətli Xanımın (s.ə) şəninə mədh və rövzələr oxudu.Mərasimin davamında isə həzrəti Məsumənin (s.ə) həyatına və hərəminə aid video çarx nümayiş etdirildi.Mərasimin sonunda Hacı Rahid rövzə və mərsiyyələr oxudu. Mərasim fərəc duası və ehsan süfrəsilə yekunlaşdı.