جمعه 7 اردیبهشت 1403

14 August 2023

Amerika və Avropadan İmam Rzanın (ə) hərəminə gələn zəvvarların sayı artır

Amerika və Avropadan İmam Rzanın (ə) hərəminə gələn zəvvarların sayı artır


Asdan News-un xəbərinə görə, son günlər Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəminə ABŞ, Kanada, Almaniya, Hollandiya və Türkiyədən gələn zəvvar qruplarında artım müşahidə olunub.

Dəyərlər saytı xəbər verir ki, 83 nəfərlik amerikalı zəvvarlardan ibarət bir qrup İmam Rzanın (ə) hərəmini ziyarət etdikdən sonra, Qüds Rəzəvi ostanında məsum imamlara (ə) aid əlyazma Quran nüsxələri, Ustad Ferşçian, Ali dini rəhbərin hədiyyələrinin toplandığı hissə, Quranı və antik əsərlər muzeyini gəziblər.

Amerikalı zəvvarlar Qüds Rəzəvi ostanının xarici zəvvarlar işləri idarəsinin onlar üçün hazırladığı xüsusi proqramlardan istifadə ediblər.

Pakistan və Hindistan əsilli müsəlmanlardan ibarət ABŞ və Kanadadan gələn 43 nəfərlik digər bir zəvvar qrupu da son günlərdə İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Asdan News-un xəbərinə əsasən, ilk dəfə İmam Rzanın (ə) hərəminə gələn amerikalı və kanadalı zəvvarlar, bu müqəddəs məkanın mənəvi atmosferindən istifadə ediblər.

Amerikalı xanım hüquqşünas Sara Nedim ilk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət etdiyini deyir. O, burada olmaqdan öznünü xoşbəxt hiss etdiyini bildirib.

Almaniya, Hollandiya və Türkiyədən gələn 60 nəfərlik zəvvar qrupu da son günlərdə İmam Rzanın (ә) hərəmini ziyarət edən əcnəbi zəvvarlardandır. Asdan News-un bildirdiyinə görə, müqəddəs məkanları ziyarət etmək məqsədilə İrana gələn bu qrupun İmam Rzanın (ə) hərəmini ziyarət etdikdən sonra, Qüds Rəzəvi ostanındakı Quran və mərkəzi kitabxana muzeylərini gəziblər.