شنبه 1 اردیبهشت 1403

14 August 2023

İmam Həsən Əsgərinin (ə) mübarək mövludu İmam Rzanın (ə) mütəhhər hərəmində

İmam Həsən Əsgərinin (ə) mübarək mövludu İmam Rzanın (ə) mütəhhər hərəmində


İmam Həsən Əsgərinin (ə) mübarək mövludu İmam Rzanın (ə) mütəhhər hərəmində möhtəşəm keçirildi

İmam Həsən Əsgərinin (ə) mübarək mövludunun gecəsi İmam Rzanı (ə) mütəhhər hərəmində bayram mərasimi təşkil olunub.

Dəyərlər saytı Asdan News-a istinadən xəbər verir ki, mövlud bayramı münasibətilə axşam namazlarından sonra, İmam Rzanı (ə) mütəhhər hərəminin İmam Xomeyni zalında keçirilən tədbirdə, Əminallah ziyarәtnaməsi oxunub. Daha sonra höccətül-İslam Fərəhzad mərasim iştirakçıları qarşısında bayram xütbəsini edib, İmamın (ə) həyatından nümunələr çəkib.

Bayram tədbirinin davamında Sarəllah qrupu ilahilərini təqdim ediblər, Əhli Beyt (ə) zakirlərindən Hacı Əhməd Vaizi isə İmam Həsən Əsgəri (ə) barədə mədhiyyələrini məclis iştirakçılarına çatdırıb.