جمعه 31 فروردین 1403

14 August 2023

Türkiyədə Qurani-Kərim üçün kağız Mədinə gülü və Kərbəla torpağıyla hazırlanır

Türkiyədə Qurani-Kərim üçün kağız Mədinə gülü və Kərbəla torpağıyla hazırlanır


Türkiyədə Qurani-Kərim üçün kağız Mədinə gülü və Kərbəla torpağıyla hazırlanır

Xəttat Hüseyn Kutlu tərəfindən xəttatlıq sənəti ilə xüsusi olaraq yazılışına başlanmış Qurani-Kərimin kağızı, mənəvi dəyəri olan 21 yerdən gətirilən materiallar əlavə olunaraq, Türkiyənin Yalova şəhərində hazırlanır.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İbrahim Müteferrika Kağız Muzeyindəki emalatxanada ağac budaqlarından ənənəvi "cilalamaq" və "parlatmaq" üsulları ilə istehsal olunan Qurani-Kərim kağızının istehsalında, Nil çayından su, Mədinədən gül, Məkkədən xurma budaqları, Qüdsdən Əl-Əqsa məscidindən zeytun budaqları və Kərbəla torpağı kimi mənəvi dəyəri olan 21 yerdən gətirilən materiallardan istifadə olunur.

Muzeyin rəsmisi və incəsənət tarixçisi Aytəkin Vural, Anadolu müxbirinə verdiyi açıqlamasınsa, 2013-cü ilin may ayında yaradılan muzeyin ən böyük hədəfinin kağız istehsal etmək olduğunu deyib. O, ənənəvi üsullarla kağız istehsal etməyi qarşılarına məqsəd qoyduqlarını vurğulayaraq belə danışıb: "Məqsəd köklü bir şəkildə ənənəvi türk kağız sənətlərini, Osmanlı kağızını, Yalova kağızını yenidən istehsal etməkdir. Hazırda uzun sürən zəhmətlər nəticəsində bu məqsədə nail olmuşuq".