پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Kanadanın Vankuver məscidi şaxtalı havalarda evsizlәrә sığınacaq oldu

Kanadanın Vankuver məscidi şaxtalı havalarda evsizlәrә sığınacaq oldu


Kanadanın ən qədim Vankuver məscidi sərt qış mövsümü ilə əlaqədar ehtiyaclı və evsiz insanlara sığınacaq yeri olub.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, təxminən 10 gün əvvəl məscid soyuq hava səbəbilə qapılarını evsizlərin üzünə açıb. Bu işin sadəcə bir həftə ərzində edilməsi qərara alınmışdı. Ancaq məscid evsizlərin ehtiyacı səbəbilə hələ də sığınacaq yeri olmağını davam etdirir.

Kanada-Pakistan Müsəlman Cəmiyyətinin sədri və Vankuver məscidinin himayəçilərindən Harun Kahan məscidin tələb olunduğu qədər bu fəaliyyətini davam etdirəcəyini deyib.

“Adətən hər axşam əksəriyyəti gənc olan 11-15 nəfər məscidə gələrək evsiz insanlara qayğı göstərir. Könüllülər evsizlərə ərzaq, yorğan və yemәk paketlərinin hazırlanmasında kömək edirlər. Gecələr onlarla oturaraq, bir-birilə həyatlarını bölüşürlər”, - deyə o bildirib.