جمعه 7 اردیبهشت 1403

14 August 2023

Alman xanım İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi

Alman xanım İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi


Almanaiyalı bir xanım İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edərək, müsəlman olub.

Deyerler.org Astan News-a istinadən xəbər verir ki, 25 yaşlı Hana Nele Rıza adlı almaniyalı xanım Qüds Rəzəvi ostanında Cəfəri fiqhi elmi əsasında, İslam dinini qəbul etdikdən sonra, özü üçün Zəhra adını seçib.

Almaniyalı xanımın İslam dinini qəbul etməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Qüds Rəzəvi ostanının əcnəbi zəvvarlarla işlər idarəsinin müdiri Seyyid Cavad Haşiminejat, almaniyalı xanıma İslam dini, dinin kökləri, kəlimeyi-şəhadət, Cəfəri məzhəbini öyrənməsi barədə məlumat verib. O, İslam dinini öyrənməsinin almaniyalı xanım üçün ilahi tofiqat və şüurlu bir seçki olduğunu deyib.

Mərasimdə almaniyalı xanım Hana Nele Rıza da çıxış edib: "Mən İslam barədə kitabları oxuyanda, Zəhra adının ən yaxşı ad olduğunu başa düşdüm və Həzrət Zəhranı (s.ə) nümunə götürüb, Əhli-Beytə (ə) təvəssül edərək, Allah Təala tərəfindən üzərimdə olan məsuliyyətləri yerinə yetirməyə ümid edirəm. Mənim İslam dininə maraq göstərməyimin əsas səbəbi, İmam Hüseyn (ə), Kərbəla hadisəsi və İmam Hüseyn (ə) və yavərlərinin necə şəhid olduqları barədə bəzi kitabları oxumağımdır. Mən bir ildir qeyri rəsmi olaraq İslam dinini qəbul etmişəm, ancaq bu gün Qüds Rəzəvi ostanında kəlimeyi-şəhadət deyərək, rəsmi şəkildə müsəlman və şiə olduğuma inandım".

Qeyd edək ki, Qüds Rəzəvi ostanının əcnəbi zəvvarlarla işlər idarəsi tərəfindən yenicə müsəlman olmuş almaniyalı xanıma Qurani-Kərimin tərcümə olunmuş nüsxəsi və bəzi kitablar hədiyyə edilib.