شنبه 8 اردیبهشت 1403

14 August 2023

İtaliyalı musiqiçi İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

İtaliyalı musiqiçi İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi


İtaliyalı musiqiçi Manoritz Baltzola Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edib.

Deyerler saytı Asdan News-a istinadən xəbər verir ki, Baltzola İslami anlayışlar və kitablarla tanış olmaq, eləcə də müqəddəs məkanlarla bağlı araşdırmalar aparmaq üçün İrana səfər edib. İtaliyalı musiqiçi burada İslam dininin maarifi və təlimlərindən təsirləndiyini qeyd edib.

Manoritz Baltzola Məşhəd şəhərindəki Qüds Rəzəvi ostanına gələrək, bu müqəddəs məkanda "kəlimeyi-şəhadət" deyib, Cəfəri fiqhi əsasında, Əhli-Beyt (ə) məktəbilə həyatının yeni yolunu seçmişdir.

"Mən müsəlman olmayan atamın köməkliyilə İslam dinini qəbul etdim, çünki atam İslam dinini müstəqil və azad bir din adlandırırdı və İslam dinində insanın Allah ilə birbaşa əlaqə qurduğunu deyirdi", - deyə Baltzola bildirib.

İtaliyalı musiqiçi sözlərinin davamında belə danışıb: "İslam dini ilə bağlı apardığım araşdırmalar nəticəsində, bu dininin mükəmməl və azad bir din olduğunu və bu dini qəbul edən hər kəsin İlahi vacibatları yerinə yetirməkdə azad olduğunu və istədiyi yerdə istədiyi vaxt öz tanrısı ilə əlaqə yarada bildiyini başa düşdüm. Ancaq başqa dinlərdə kilsə və monastırlar kimi, yerlərdə insan öz tanrısı ilə əlaqə qura bilər".

İtaliyalı musiqiçi müsəlman olduqdan sonra özü üçün Rza adını seçib: "Quran kitabı bəşəriyyət üçün ən mükəmməl həyat reseptidir və Quran ayələrinin mənalarına diqqət etdikdə, insanın daxili nurlanır".

Qüds Rəzəvi ostanının əcnəbi zəvvarlar işləri idarəsi tərəfindən yenicə müsəlman olmuş İtaliyalı ziyarətçiyə Qurani-Kərimin İtaliya dilinə tərcümə olunmuş nüsxəsi və bəzi kitablar hədiyyə edilib.