جمعه 31 فروردین 1403

14 August 2023

BMT Ərbəinin UNESCO-nun Mədəni İrsinə daxil edilməsinə baxır

BMT Ərbəinin UNESCO-nun Mədəni İrsinə daxil edilməsinə baxır


BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatında (UNESCO) Konkret Olmayan Mədəniyyət İrs siyahısına İmam Hüseynin (ə) Ərbəin yürüşünün daxil edilməsi üçün verilmiş sənədlər nəzərdən keçirilir.

Deyerler saytı İmamhussain saytına istinadən xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin Kərbəla Araşdırma və Tədqiqat mərkəzinin rəhbəri Əbdül-Əmir Əl-Qureyşi açıqlama verərək, Ərbəin günü İmam Hüseynin (ə) hərəmini ziyarət etmək üçün dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərin yürüşünün araşdırılması işlərinin davam etdiyini bildirib. "Biz tarixi sənədlər və fotoları yerləşdirdiyimiz sәnәdlәri UNESCO-ya təqdim etmişik. Bu məsələdə Turizm Nazirliyinin və Almaniyanın Mədəniyyət Şurasının bizə böyük dəstəyi olub. Biz Ərbəin yürüşünün UNESCO-nun mədəni irs siyahısına salınması üçün beynəlxalq təşkilatların və digər dövlət idarələrinin də dəstəyini almağa çalışırıq".

O deyir ki, UNESCO-da hazırda birinci göndərilən sənədlər nəzərdən keçirilir: "Birinci göndərdiyimiz sənədlərin davamını möhkəmləndirmək üçün daha bir sənədin üzərində işləyirik. İraq hökuməti Ərbəin yürüşünün UNESCO-dan qeydiyyatdan keçməsi üçün bizə hər cür dəstəyi verəcəklərini rəsmən bildiriblər".