پنج شنبه 30 فروردین 1403

14 August 2023

Rusiyanın Dağıstan vilayətində əzəmətli “Vəhdət həftəsi” qeyd olunub

Rusiyanın Dağıstan vilayətində əzəmətli “Vəhdət həftəsi” qeyd olunub


Aləmlərə rəhmət Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə Rusiyanın Dağıstan vilayətində “Vəhdət həftəsi” münasibəti ilə möhtəşəm tədbir keçirilib. Tədbirdə geniş xalq kütləsi ilə yanaşı məntəqənin Əhli-sünnənin tanınmış ruhaniləri və dəyərli şiə ruhaniləri iştirak etmişdir.

Məclis  Qurani-kərimin vəhdət ayələri ilə başlamış, birlik və bərabərlik şüarlı müqəddəs ayələr tilavət edilmişdir. Ardınca, məntəqənin Əhli-sünnə ruhanilərinin rəhbəri Adil Hacı Kamunsky çıxış edərək vəhdətin əhəmiyyəti haqda danışdı. Həzrət Əlinin (ə) elmi əzəmətinə işarə edən Adil Hacı, həmçinin Xanım  Zəhranın (ə) iffət və fəzilətlərinin məzhəbindən asılı olmayaraq hər bir müsəlmana ən gözəl örnək olmasına diqqət çəkdi.

Sonra Nüvidi məntəqəsinin imamı Hacı Kamil, müsəlman qardaşlığının dəyəri, fəlsəfəsi və faydalarına toxunaraq, onun islamın dəyişməz bir dəyəri  olmasına təkid etdi.

Ardınca məclisin təşkilatçısı və məntəqənin tanınmış ruhanisi Hacı Surxay söhbət edərək, hər iki Əhli-sünnə aliminə öz dərin təşəkkürünü bildirib, qardaşlıq və həmrəylik yolunda daim birgə addımlamağın zərurətinə təkid etdi. O, Ayətullah Xameneinin (md) bu kəlamını sitat gətirdi: “Bu gün, islam dünyasını vəhdətə çağıran hər bir səs (boğaz), ilahi səsdir! (Bu sözləri dilə gətirdiyi zaman sanki) Allah-təala tərəfindən danışır! Müsəlman xalqlarını, məzhəblərini və tayfalarını ixtilafa, düşmənçiliyə təhrik edən və qızışdıran səslər (boğazlar) isə şeytanın səsidir! (Şeytan tərəfindən danışır!)”

Ardınca dedi: “İslam dünyasını vəhdət və birlikdən uzaqlaşdıranlar, şeytanın mənafelərinə xidmət edirlər. Deməli, biz biz vəhdətimizi və birliyimizi qorumaqla izzət, şərəf və iqtidarımızı möhkəmləndirməliyik. Qardaşlığımız, dostluğumuz və vəhdətimizlə islama daha çox xidmət etməliyik.”

Məclisin davamında Malik Əştər, Məhəmməd Əli və Əli Əsğər adlı üç mömin balanın təşkil etdiyi “Vəhdət qrupu”, Həzrət Peyğəmbərin (s) və İmam Sadiqn (ə) şəninə mədhiyyələr oxudular.

Ardınca Məddahlar öz şer və surudlarını ifa etdilər. Məclis gözəl mənəvi vəhdət ab-havasında sona yetdi.