جمعه 31 فروردین 1403

14 August 2023

İraqda ziyarətçilər üçün qəsəbə salındı

İraqda ziyarətçilər üçün qəsəbə salındı


Şəbistan xəbər agentliyinin İmam Hüseyn (ə) ziyarətgahının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, əziz İslam peyğəməri Həzrət Məhəmmədin (s) və şiə məzhəbinin rəisi Həzrət İmam Cəfər Sadiqin (ə) mövlud günləri münasibətilə xüsusi olaraq İmam Hüseynin (ə) zəvvarlarına xidmət göstərmək üçün tikilmiş yeni qəsəbənin açılış mərasimi keçirilib. 

İraqın Kərbəla şəhərindən paytaxt Bağdada gedən yolu istiqamətində ziyarətçilər üçün tikilən "Seyyidul-Övsiya (ə)" qəsəbənin açılış mərasimi Şeyx Əbdül-Mehdi əl-Kərbəlayinin, həmçinin digər rəsmi məqamlar, siyasi, ictimai və dini xadimlərin iştirakı ilə keçirilib. 

Bu şəhərciyin memarlıq üslubu İslami incəsənət, modern və qədim memarlıq metodlarının gözəl tərkibidir. Şəhərciyin 1200 metr sahəsi olan bir məscidi, iki mərtəbəli bir tibb məntəqəsi, idarə binası, 1400 metr sahəsi olan karvansarası, 500 metr sahəsi olan restoranı, 220 yaşayış binası və istirahət parkı vardır. 

Bundan əlavə zəvvarlar üçün nəzərdə tutulmuş 11 istirahət zalı da vardır ki, hər birinin ümumi sahəsi 800 metrdir və hamısı iki mərtəbəlidir. 

Yeni qəsəbənin digər özəlliyi budur ki, memarlıq üslubuna görə elə hiss olunur ki, sanki İmam Hüseynin (ə) hərəminin həyətlərindən biridir. 

Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi çıxışında bildirib ki, hazırda maddi imkanların olmadığı üçün icrası mümkün olmasa da gələcəkdə İran, Küveyt sərhədləri və digər bölgələrdə də Kərbəla və Ərbəin zəvvarları üçün xüsusi xidmət şəhərciyləri salınacaqdır.