چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Bakıda "Quran Kərim və Humanizm" adlı konfrans keçirilib

Bakıda "Quran Kərim və Humanizm" adlı konfrans keçirilib


Dekabrin 18 də planlaşdırılan "Qurani - Kərim və Humanizm" adlı elmi seminar baş tutub. Açılışda Humanizmin tarixindən danışılan tədbirdə ilk çıxışı psixoloq - yazar Rövşən Abdullaoğlu edib. "Quran və cəza sistemi. Bu sistem ədaləti təmin edirmi" mövzusunda geniş çıxış edən yazar Humanizmin hələ peygəmbərin dövründən yarandığını söyləyib. Hədis və Quran ayələri ilə sübutlar gətirərək humanizmin elə Qurandan götürüldüyünü iddia edən psixoloq Peyğəmbər və imamların dövründəki cəza tətbiqlərindən də geniş danışıb və o dövrün cəza tətbiqlərinin mərhəmətli olduğunu hədislərlə sübut edib. Digər ekspert ilahiyyatçı Fərid Abdullah isə "Quran baxımından Tanrının insanları cəzalandırması humanizmlə uzlaşırmı?" mövzusunda çıxış edib. Tədbirdə son söz ilahiyyatçı alim, Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənliyə verilib. O isə "Quranda cihad ayələrinin izahi. Cihad kimlərə nisbətdə əmr verilib" mövzusunda geniş çıxış edib. Qurani Kərimdə sözügedəın cihadın belə məhəbbət və mərhəmətdən doğduğunu söyləyən ilahiyyatçı bunun hədis və misallarla açıqlamasını da bildirib. Xəbər milliyet.az-a istinad edlir.