شنبه 8 اردیبهشت 1403

14 August 2023

Qardabanidə mövlud mərasimləri keçirilib

Qardabanidə mövlud mərasimləri keçirilib


Qardabanidə Həzrət Peyğəmbər (s) və imam Sadiqin (ə) mövludları məntəqə müsəlmanlarının və digər qonaqların iştirakı ilə möhtəşəm şəkildə qeyd olunub

Tədbir BGMİ, "İman və Əhli-beyt hikməti" müəssisələrinin birgə həmkarlığı və Azərbaycandan dəvət olunmuş ilahi nəğmələr qrupunun iştirakı ilə təşkil olunub. Tədbir Quran qiraəti ilə açıq elan olduqdan sonra qonaqlar BGMİ-nin Şeyxi Ramin İgidov, İranın Gürcüstan səfirliyinin mədəniyyət şöbəsinin rəhbəri, "Əl-Mustafa" beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri, Əhli-beyt hikməti müəssisəsinin rəhbəri və digər qonaqlar çıxış edərək Həzrəti Peyğəmbər (s) və İmam Sadiqin (ə) həyatına işarə ediblər. Sonda mövlud gününə viktorina keçirilib. Qaliblərə isə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Məclis ilahi nəğmələr qrupunun ifasından sonra ehsan süfrəsi ilə tamamlanıb. Bu haqda islamazəri sayti yazıb.