جمعه 7 اردیبهشت 1403

14 August 2023

Moskvada İslam Peyğəmbərinin (s) mövlud günü qeyd edilib

Moskvada İslam Peyğəmbərinin (s) mövlud günü qeyd edilib


Azərbaycanlı dindarlar Moskvada Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövlud gününü qeyd ediblər.

Salam xəbər agentliyi Moskva müxbirinin xəbərinə görə, bayram məclisi Qurani-kərimin tilavəti ilə başlayıb. Tədbirin keçirilməsində məqsəd Həzrət Məhəmməd (s) peyğəmbərin həyatı və mənəvi-əxlaqi xüsusiyyətləri barədə Əhli-beyt tərəfdarlarını məlumatlandırmaq olub.

Tədbirdə natiqlər Allah Rəsulunun (s) İslam dininin yayılması uğrunda fəaliyyətləri haqqında danışıblar, bu bayramın müsəlman aləmində tutduğu mövqeyə aydınlıq gətiriblər. Bildirilib ki, Həzrət Məhəmməd (s) peyğəmbərin mövlud günü İslam dininin təbliğ etdiyi və əsaslandığı ümumbəşəri dəyərlərin yüksək əhəmiyyətini bir daha təsdiq edir.

Çıxış edən ruhanilər İslam peyğəmbərinin həyatı barədə ətraflı məlumat verməklə yanaşı, müsəlmanların altıncı imamı Həzrət İmam Cəfər Sadiqin (ə) də mövludu olduğunu xatırladıblar. 

Bayram mərasimi Azərbaycandan gəlmiş məddahların çıxışları ilə davam etidirilib.