جمعه 31 فروردین 1403

14 August 2023

Avstraliya və Yeni Zelandiya zəvvarları İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Avstraliya və Yeni Zelandiya zəvvarları İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Vəhdət həftəsi, İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günlərinin qeyd olunduğu müddәtdә, Avstraliya və Yeni Zelandiyadan 50 nəfərlik zəvvar qrupu Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Dəyərlər saytı Asdannews-a istinadən xəbər verir ki, bu zəvvar qrupunun rəhbəri Seyyid Həsən Sədr belə bir açıqlama ilə çıxış edib: "Əsra təşkilatının səyilə Əhkam və Şəri məsələlərin təhsili üçün Müqəddəs Məşhəd şəhərini ziyarət edən bu qrup İmam Rzanın (ə) hərəminə gələrək, Qüds Rəzəvi ostanının əcnəbi zəvvarlar idarəsinin hazırladığı proqramlardan faydalandı".

Seyyid Həsən Sədr bu zəvvar qrupunun üzvlərinin əksəriyyətinin ilk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət etmәk, İmam Rzanın (ə) hərəmində olmaq və buradakı mənəvi mühitdən faydalanmaq fürsәtinin olduğunu qeyd edib. "Bu cür ziyarәtlәr dinin yayılması və təbliğinə böyük töhfə verə bilər", - deyə o bildirib.

Qüds Rəzəvi Ostanının əcnəbi zəvvarlar idarəsi tərəfindən Avstraliya və Yeni Zelandiyadan gələn 50 nəfərlik zəvvar qrupuna Qurani-Kərim və Nəhcül Bəlağa kitablarının ingilis dilində tərcüməsi hədiyyə edilib.