جمعه 10 فروردین 1403

14 August 2023

"Həzrət Məhəmməd (s)" adlı 3D animasiya filmi hazırlanacaq

"Həzrət Məhəmməd (s)" adlı 3D animasiya filmi hazırlanacaq


İranlı rejissor Əmir Məsud Ələmdari Həzrət Məhəmmədin (s) həyatı barədə 3D animasiya filminin ekranlaşdırılacağını bildirib.

Dəyərələr saytı İQNA-ya istinadən xəbər verir ki, Əmir Məsud Ələmdari "Həzrət Məhəmməd (s)" adlı 3D animasiya filminin hazırda çəkilişdən əvvəlki mərhələsində olduğunu açıqlayıb. Animasiya filminin ssenari müəllifi olan Əmir Məsud Ələmdari hər bir seriyası 22 dəqiqədən ibarət olmaqla filmin 104 seriyadan və 4 mövsümdən ibarət olduğunu açıqlayıb.

"Qərb mediası islamofobiya ilə İslam dinini zorakılığa meylli bir din kimi təqdim edir, lakin biz dünyaya həqiqi İslamı göstərməliyik", - deyə Əmir Məsud Ələmdari bildirib. İranlı ssenarist bu çoxseriyalı multiplikasiya filminin həm yerli və həm də xarici televiziya kanalları üçün istehsal olunacağını söyləyib.

Verilən məlumatlara əsasən, 267 milyon dollarlıq büdcəylə hazırlanan animasiyanın çəkilişini Kiyareş Kiyani həyata keçirəcək. Həmçinin filmin bəzi hissələri isə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunacaq.