پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Bakıda daha bir Mövlud tədbiri keçirildi

Bakıda daha bir Mövlud tədbiri keçirildi


Xəbər verdiyimiz kimi, İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni “Vəhdət həftəsi” elan ediblər. Dünyanın hər bir yerində olduğu kimi, Vətənimizdə də Həzrət Məhəmmədin (s) və 6-cı İmam Həzrət Sadiqin (ə) mövlud günləri böyük şövqlə qeyd olunur.

Bu əzəmətli mövludlar münasibətilə İCMDİ-nin təşkilatçılığı ilə Bakının daha bir qəsəbəsində bayram tədbiri keçirilib.

Bayram tədbirinə yüzlərlə insan qatılıb. Bayram tədbiri müqəddəs Qurani-Kərimin tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb.

Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib.

Tədbirdə çıxış edən Hacı İlqar İbrahimoğlu Peyğəmbər (s) aşiqlərini bu mövlud həftəsi münasibətilə təbrik edib. Hacı İlqar Rəsulallahın (s) Allah tərəfindən bəşəriyyətə göndərilməsinin fəlsəfəsi barədə geniş çıxış edib.

Daha sonra tədbirə qatılan Əhli-beyt (ə məddahı Hacı Rahim Dərviş əziz Rəsulallaha (s) həsr edilmiş gözəl şer və İlahilər səsləndirib. Tədbir əziz Peyğəmbərimizi (s) tərənnüm edən hədislər, şerlər, İlahilərin səsləndirilməsi ahəngində davam edib.

Bayram tədbiri "Fərəc" duasının cəmlə oxunması ilə yekunlaşıb. Xəbər dəyərlər saytına istinad edilir.