جمعه 7 اردیبهشت 1403

14 August 2023

X "Mövlud Olimpiadası"nın qalibləri mükafatlandırıldı

X "Mövlud Olimpiadası"nın qalibləri mükafatlandırıldı


Xəbər verdiyimiz kimi, əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - X "Mövlud olimpiadası" keçirilib. Dekabrın 17-də Mövludla bağlı keçirilmiş bayram tədbirində qaliblərə mükafatlar təqdim edilib.

"Mövlud Olimpiadası" İCMDİ, DEVAMM-ın və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Dəyərlər saytının informasiya dəstəyi ilə təşkil edilir.

X "Mövlud Olimpiadası"nda Finala çıxmış 15 nəfər iştirakçı 19 xal toplamaqla önəmli nəticəyə görə təltif olunmuşdur.

Allahverdiyeva Xədicə xanım və Qasımbəyli Nərgiz xanım Final mərhələsində 24 xal toplamışlar. Amma, öncəki mərhələlərin nəticələrini nəzərə alaraq Allahverdiyeva Xədicə xanım 62 xalla III yeri, Qasımbəyli Nərgiz xanım 70 xalla II yeri tutmuşdur.

Final mərhələsində 26 xal toplamış (cəmi 75 xal) İsmayılova Gülsüm xanım I yeri tutmaqla X "Mövlud Olimpiadası"nın qalibi olmuşdur. Xəbər dəyərlər saytına istinad edilir.