جمعه 7 اردیبهشت 1403

14 August 2023

Moskvada ümumrusiya müsəlman poeziyası müsabiqəsi başlayıb

Moskvada ümumrusiya müsəlman poeziyası müsabiqəsi başlayıb


Moskvada başlamış XI ümumrusiya müsəlman poeziyası müsabiqəsinə ölkə ərazisində yaşayan hər bir şair İslamın sütunlarından olan namaza həsr edilmiş əsərini təqdim edə bilər.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, müsabiqə bir neçə mərhələdə aparılacaq.

Gələn il mart ayının 1-nə kimi təşkilat komitəsi əsərlərin toplanması ilə məşğul olacaq. Martın 2-dən 9-na qədər müddətdə müsabiqə komissiyasının ekspert üzvləri şeirləri qiymətləndirərək qalibləri müəyyənləşdirəcəklər.

Ayın 10-dan 20-nə qədər müsabiqə saytında  http://поэтическийконкурс.рф dərc olunacaq 5 şeirə veriləcək oxucu səsverməsi barədə məlumat əksini tapacaq.

Qaliblərin elan edilməsi və laureatların mükafatlandırılması mərasimi isə martın 26-da Moskvada baş tutacaq.