İmam Əlinin (ə) hərəminin minarələri və qızıl eyvanında təmir işləri aparılacaq.
Maidəaz xəbər verir ki, bunu müqəddəs ziyarətgahların yenidənqurması qərargahının Xuzestan əyaləti üzrə sədri Seyid Mahmud Musəvi jurnalistlərə deyib.
M.Musəvi deyib ki, İmam Əli (ə) hərəminin qızıl eyvanının yenidənqurma işlərinə artıq başlanılıb. “Burada aparacağınız bərpa işlərinin bir hissəsi görülüb, qalan hissəsini hərəmin günbəzinin işlərinin bitməsini gözləyirdik. Artıq günbəzin açılışı olub və eyvan və minarələrdə bərpa işləri sürətlənəcək və tezliklə başa çatacaq”.
M.Musəvi həmçinin deyib ki, Dəməşqdə xanım Zeynəbin (s) də hərəmində bərpa və yenidənqurma işləri aparılır. “İndiyədək terrorçu qrupların atdığı mərmilərdən günbəz və minarələr xəsarət almışdır ki, xəsarət almış yerlər təmir olunub. Xanım Zeynəbin (s) hərəminin genişləndirilməsi və damının təmir işləri də aparılacaq ki, bu layihə üçün vaxt cədvəli hazırlanıb ki, ümid edirik xalqın yardımları ilə nəzərdə tutulan vaxtda hərəmin təmir və genişləndirilməsi işləri başa çatacaq”.