جمعه 10 فروردین 1403

14 August 2023

İmam Əlinin (ə) hərəminin günbəzinin açılış mərasimi olub

İmam Əlinin (ə) hərəminin günbəzinin açılış mərasimi olub


Ötən gün 17 dekabr 2016-cı il  (17 Rəbiul-Əvvəl), günün ikinci yarısında, İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) və həzrət İmam Sadiqin (ə) mövludu günündə İraqın Nəcəf- Əşrəf şəhərində Həzrət İmam Əlinin (ə) hərəminin yeni günbəzinin açılış mərasimi keçirilib.

Maidəaz  xəbər verir ki, İmam Əlinin (ə) hərəminin günbəzi bu ziyarətgahın və Həzrət Əbəlfəzl Abbas (ə) ziyarətgahının  İslami memarlıq və incəsənət ustalarının tərəfindən və İran İslam Respublikasının "Kövsər" şirkətinin həmkarlığı ilə yenidən təmir edilib.

İmam Əlinin (ə) ziyarətgahının idarə heyətinin verdiyi məlumata görə, bu günbəzin diametri 51.5 metr, hündürlüyü isə 4.5 metrdir. Günbəzin təmirində xalis qızıl suyu ilə hazırlanmış 12 min kərpic istifadə edilib.

Səddam Hüseyn rejiminin dövründə oğurlanmış günbəzin yuxarısındakı qədim tarixi tac isə hərəmə qaytarılıb və yenidən günbəzin üzərinə quraşdırılıb. 

İmam Əlinin (ə) ziyarətgahının idarə heyətinin üzvlərindən birinin dediyinə əsasən bu günbəzin yenidən hazırlanmasında 180 kq. 24 əyarlıq xalis qızıldan istifadə edilib.

Günbəzin təmir və bərpa işləri 300 ildən sonra iki il öncə başlayıb və günbəz tam təmir olunduqdan sonra ötən gün xüsusi mərasimlə açılış olunub.