جمعه 31 فروردین 1403

14 August 2023

QMİ-də Vəhdət həftəsi mərasimi qeyd olunub

QMİ-də Vəhdət həftəsi mərasimi qeyd olunub


Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Muhəmməd peyğəmbərin (s) mübarək mövluduna həsr edilmiş tədbir keçirildi. Qurani-Kərimin tilavəti ilə başlanan mərasimdə islam alimləri cıxış etdilər və sonar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək aləmlərə rəhmət olaraq göndərilən Muhəmməd peyğəmbərin (s) mövludu münasibəti ilə ölkə müsəlmanlarını təbrik etdi. O, bildirdi ki, mövlud günlərinin müsəlman aləmində həm də “Vəhdət həftəsi” kimi qeyd olunması bu gün xüsusi əhəmiyyət daşıyır.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev öz çıxışında İslam Peyğəmbərinin (s) elmə böyük önəm verdiyini söylədi, əxlaqi görüşləri barədə danışdı.
Sonra çıxış edən İran İslam Respublikası Ali Dini Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam Seyid Əli Əkbər Ocaqnejad bildirdi ki, İslam inqilabının banisi İmam Xomeyninin (r) təklifi ilə Peyğəmbərin (s) mövludu “Vəhdət həftəsi” kimi qeyd edilir. Seyid Əli Əkbər Ocaqnejadın sözlərinə görə, son illər dünyada baş verən hadisələr sübut edir ki, dünya müsəlmanlarının vəhdətə daha çox ehtiyacı var.
Tədbirdə “Əhli-Beyt məddahları” qrupunun ifasında ilahilər səsləndi.
Sonda mərasim iştirakçılarına ehsan verildi.