پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Beynəlxalq konfransda vəhdət namazı qılındı

Beynəlxalq konfransda vəhdət namazı qılındı


İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, 30-cu Beynəlxalq İslam Vəhdəti konfransı İranın paytaxtında təşkil olunub.

“Vəhdət və təkfirçi cərəyanlarla mübarizə” mövzusu ilə keçirilən konfransda dünyanın 60 ölkəsindən qonaqlar iştirak edib. İslam dünyasının 9 tanınmış alimi açılışda çıxış edib. Daha sonra zöhr namazı Əhli-sünnə aliminin imamlığı ilə qılınıb. Vəhdət namazı Suriyanın baş müftisi Şeyx Bədruddin Həsunun imamlığı ilə qılınıb.