جمعه 7 اردیبهشت 1403

14 August 2023

Ayətullah Xamenei (md) Vəhdət konfransı iştirakçıları ilə görüşüb

Ayətullah Xamenei (md) Vəhdət konfransı iştirakçıları ilə görüşüb


Ayətullah Xamenei görüşdəki çıxışında bildirib ki, bu gün bölgədə iki iradə bir-birilə mübarizə aparır: “Vəhdət iradəsi və Təfriqə (ikitirəlik) iradəsi.” "Bu həssas şəraitdə Quran və böyük Peyğəmbərin (s) ilahi təlimləri vəhdət və birlik bəxş edən bir dərman olaraq İslam dünyasının problemlərinin yeganə həll yoludur.”

Ayətullah Xamenei görüş iştirakçılarını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını böyük İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) və onun dahi övladı imam Sadiqin (ə) mövludu münasibətilə təbrik edib: “İslam Peyğəmbərinin (s) müqəddəs varlığı o qədər önəmlidir ki, Allah-Taala Qurani-Kərimdə bu misilsiz nemətə görə bəşəriyyətə minnət qoyur.”

Ayətullah Xamenei Qurani-Kərimə istinadən deyib ki, “Rəhmətən lilaləmin” – aləmlərə rəhmət olan Peyğəmbərin (s) təlimləri bütün bəşəriyyətin nicatı üçün bir yoldur. Müsəlman xalqları, xüsusilə, din təbliğatçıları və gənclər sonuncu Peyğəmbərə (s) göndərilən ilahi təlimləri dəqiq mütaliə edib tanımaqla, bu həyatbəxş təlimlər toplusundan bəhrələnsinlər.

Ayətullah Xamenei müstəmləkəçilər və hegemonların müsəlmanları zəiflətmək üçün hər gün artan çalışmalarına toxunub və deyib ki, İslam dünyası bu gün çoxlu acılar və problemlərə giriftar olub ki, onların həll yolu birlik, müştərək fəaliyyət, əməkdaşlıq, habelə məzhəbi ixtilafları kənara qoymaq və İslamın bir çox müştərək nöqtələrindən yapışmaqdadır.

Ayətullah Xamenei deyib ki, İslam dünyasının ən önəmli hazırlığı “vəhdət”dir. “Bütün İslam firqələri – şiə və sünni – ixtilaflardan uzaq dursun. Peyğəmbər (s), Quran, Kəbəni vəhdət üçün mehvər qərar versinlər.”

Xəbər istisarla maidə saytına istinad edilir.