Dünən gecə Rusiyanın Kizlyar şəhərinin İmam Hüseyn(ə) məscidində Allahın son Peyğəmbəri Həzrət Məhəmmədin (ə) və həmçinin imamət səmasının 6-cı ulduzu imam Cəfər Sadiqin (ə) mövluduna həsr olunmuş möhtəşəm bir bayram mərasimi keçirilmişdir. Mərasimdə tanınmış ruhanilər mövizə etmiş, Əhli-beyt (ə) məddahları mədhiyyələr oxumuşdur.
Dəyərli ruhani alim Höccətül-islam Kərbəlayi Ruhid Həzrət Peyğəmbərin (s) aləmlərə rəhmət olmasını diqqətə çəkərək, vəhdət zərurətinin məhz bu kimi əsaslı təməllrədən qaynaqlandığını vurğulamışdır.
Həmçinin, tanınmış ruhani alim Höccətül-islam Hacı Vəfadar da çıxış edərək, “Gözəl əxlaqa hakim” olan Peyğəmbərimizin (s) rəftarlarının təməlində vəhdət ruhunun olmasına nümunələr gətirmişdir.
Məclis birlik və qardaşlıq şüarları ilə mənəvi ab-həvada tamamlanmışdır.
مطالب مشابه