جمعه 7 اردیبهشت 1403

14 August 2023

GMİ Batumidə möhtəşəm mövlud tədbiri keçirib

GMİ Batumidə möhtəşəm mövlud tədbiri keçirib


 

Paytaxt Tbilisidə olduğu kimi dünən ölkənin qərbindəki Muxtar Vilayətdə də Bütün Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı və mövlud bayramı ilə bağlı tədbir keçirilib. Tədbirdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə Diyanət Başkanlığının Gürcüstandakı nümayəndəsi Nəbi Gümüş və digər qonaqlar çıxış edərək öncə Hz. Məhəmməd Peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik etdilər. Sonra isə Gürcüstanda İslam dininin inkişafı, problemlər və ehtiyaclar haqqında fikirlərini bölüşdülər. Din rəhbərləri ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri prohektorla sərgiləyərək təqdim etdilər. Sonda isə müfti müavini Adəm Şantadze İdarənin gələcək proqramlarını və strategiyasını müsəlmanların nəzərinə çatdırdı.
Tədbirin ikinci hissəsində isə qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşdülər. İçtirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olundu.