پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud gününün əməlləri

Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud gününün əməlləri


Əhli-beytin (ə) nəzərinə görə mövlud gecəsi və gününün bir neçə əməlləri vardır:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.