جمعه 7 اردیبهشت 1403

14 August 2023

BMT-yə Hz. Məhəmmədin (s) mövludunun xüsusi bir gün elan edilməsi təklif olundu

BMT-yə Hz. Məhəmmədin (s) mövludunun xüsusi bir gün elan edilməsi təklif olundu


Tunisdəki Zeytuna məscidinin şeyxi Hişam bin Mahmud Həzrət Muhəmmədin (s) mövludunun BMT tərəfindən bütün dünyada qeyd olunan xüsusi bir gün elan edilməsini istəyib.

Dəyərlər saytı Anadolu-ya istinadən xəbər verir ki, Həzrəti Rəsulallahın (s) bütün insanlara aid olduğunu deyən Şeyx Hişam bin Mahmud belə danışıb: "Kainatın ağası Həzrət Muhəmməd (s) insanları zülmətdən nura çıxarmaq üçün bütün bəşəriyyətə göndərilmişdir. Onun mövlud günü, təkcə müsəlmanların qeyd etdiyi bir gün olmaqdan irəli getməlidir və bütün bəşəriyyətin ixtiyarına təqdim olunmalıdır".

Həzrət Muhəmmədin (s) bəşəri bir şəxsiyyət olduğunu deyən Şeyx Hişam, əziz Peyğəmbərimizin (s) mövludunun BMT tərəfindən bütün dünyada qeyd olunan xüsusi bir gün kimi elan edilməli olduğunu qeyd edib.

"Birlik və bərabərlik içində olma prinsipini gətirən Həzrət Peyğəmbərin (s) mövludu, bütün dünyanın birləşdiyi bir gün olsa, heç olmasa bütün müsəlmanların da birləşməsinə səbəb olacağına ümid edirəm", - deyə o bildirib.