پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Bakıda “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib


“Azərbaycanın dini tolerantlıq sahəsində təcrübəsi təqdirəlayiqdir və bu təcrübəni bölüşmək olar”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda ADA-da keçirilən beynəlxalq konfransda deyib. “Avropa İttifaqında və qurumun Azərbaycan kimi tərəfdaş ölkələrində dözümlülük, bir-birinə hörmət və müxtəliflik məsələlərinin müzakirəsi vacibdir və onlara böyük önəm verilir”, deyə o bildirib.

Bu sahədə medianın roluna toxunan Ə. Amaşov Azərbaycan mətbuatının hətta Qarabağ hadisələri zamanı da tolerant mövqedə qaldığını nəzərə çatdırıb.

Dini dəyərlərin mətbuatda işıqlandırılmasının prioritet məsələ olduğunu deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb: “İllərdir mətbuatımız dini tolerantlıq, müxtəlif dinlərin birgə yaşayışı barədə tədqiqat səviyyəsində nümunələr ortaya qoyub”.

Konfransın ikinci hissəsində yerli və xarici tədqiqatçılar məruzələrlə çıxış ediblər. İtaliyalı tədqiqatçı Tommaso Vircili Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən danışaraq ölkənin çətin geosiyasi şəraitdə olmasına rəğmən, balansı qoruya bildiyini vurğulayıb.

BDU-nun professoru Aqil Şirinov İslam mədəniyyətinin orta əsrlərdə digər mədəniyyətlərə tolerant münasibətdə olduğunu və onların nailiyyətlərindən istifadə etdiyi deyib. Bununla da böyük islam sivilizasiyasının yarandığını söyləyən tədqiqatçının fikrincə, orta əsrlərdə itən və azlıq təşkil edən marginal ekstremist cərəyanların 20 əsrdə yeni vüsət alması İslam sivilizasiyası üçün xas deyil.