جمعه 31 فروردین 1403

14 August 2023

İmam Əlinin (ə) hərəmində yenilənmə işləri aparıldı

İmam Əlinin (ə) hərəmində yenilənmə işləri aparıldı


Həzrət Rəsuləllahın (s) mövludu ərəfəsində, Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) pak hərəmində Həzrətin qəbrinin yerləşdiyi zərihin bəzi hissələrinin yenilənməsi işləri həyata keçirilib.

İmam Əlinin (ə) qəbrinin zərihinin yenilənməsi işlərində hərəmin baş katibi Seyid Nizar Haşimin başçılığıyla mühəndis texniki şöbənin kadrları iştirak ediblər.

Mütəhhər hərəmin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, qəbrin gümüş çərçivələrinin üzərinə quraşdırılmış taxtadan olan bütün ətraf hissələri bərpa olunan və yenilənən əsas işləri əhatə edib. Açıqlamada, 1938-ci ildə (h.q. 1360) qurulan zərihin 70 il ərzində müxtəlif səbəblərlə zədələnmiş hissələrinin, xüsusilə də keçən əsrin 90-cı illərinin əvvələrində keçmiş rejimin bombardmanına məruz qalmış taxta, gümüş və qızıl hissələrinin yenilənəcəyi də qeyd olunub. Dəyərlər saytı bu haqda xəbər verib.