سه شنبه 28 فروردین 1403

14 August 2023

Kərbəlada İmam Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə matəm məclisləri

Kərbəlada İmam Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə matəm məclisləri


Dekabrın 8-i həzrəti İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə Kərbəla şəhərindəki həzrəti İmam Hüseynin (ə) və həzrəti Əbülfəzl Abbasın (ə) hərəmlərində matəm məclisləri keçirilib.

Dəyərlər saytı Alkafeel saytına istinadən xəbər verir ki, matəm mərasiminə İran, İraq və digər ölkələrdən xeyli sayda zəvvar axışıb. Həzrəti İmam Hüseynin (ə), həzrəti Əbülfəzl Abbasın (ə) hərəmlərində və Beynul-Hərəmeyndə zəvvarlar toplaşaraq, İmam Həsən Əsgəri (ə) üçün yas tutub, göz yaşı töküblər.

Dekabrın 8-də Əbülfəzl Abbas (ə) məktəbinin şagirdləri də həzrətin pak hərəminə gələrək, həzrəti İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə əzadarlıq məclisi keçiriblər.