جمعه 7 اردیبهشت 1403

14 August 2023

Ərbəin mərasimlərində terrorçular zərərsizləşdirilib

Ərbəin mərasimlərində terrorçular zərərsizləşdirilib


Ərbəin mərasimlərində terror aktları törətmək istəyən 25 qruplaşma zərərsizləşdirilib

İranın daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli keçən ay keçirilən Ərbəin mərasimləri vaxtı 25 terrorçu qrupun zərərsizləşdirildiyini bildirib.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, İranın daxili işlər naziri terrorçu qrupların geniş miqyaslı kəşfiyyat və təhlükəsizlik tədbirləri nəticəsində zərərsizləşdirildiyini qeyd edib.

O, deyib ki, 20 terrorçu qrup təxribat törətmək istəyərkən müəyyənləşdirilərək, zərərsizləşdirilib. Digər 5 terrorçu qrup da təxribata cəhd zamanı ələ keçirilərək həbs olunublar.

İranlı nazir açıqlamasının davamında, Ərbəin mərasimlərinin təhlükəsizliyinin təmini üçün ciddi səylərin edilməsinə baxmayaraq, terrorçular 2 terror akt törətməyə nail olduqlarını təəssüflə qeyd edib.