İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə İmam Rzanın (ə) hərəminin xuddamları Məşhəd şəhərinin küçələrində matəm yürüşü keçiriblər.
Astan News xəbər verir ki, hərəmin xidmətçilərinin matəm yürüşünə şəhər xalqı da dəstyək verib. Yürüşün son dayanacağı İmam Rzanın (ə) pak hərəminin böyük meydanında olub və burada İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə izdihamlı əzadarlıq məclisləri keçirilib.
Qeyd edək ki, matəm məclisləri dekabrın 8-də gün ərzində İmam Rzanın (ə) hərəminə əzadarlıq heyyətlərinin gəlişilə davam etdiriləcək. Hərəmin daxilində də xüsusi matəm məclislərinin keçirilməsi nəzərdə tutulub. Bu haqda Dəyərlər saytı yazıb.
مطالب مشابه