پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İmam Əsgərinin (ə) şəhadəti günü Samirrada terrorçu qrup zərərsizləşdirildi

İmam Əsgərinin (ə) şəhadəti günü Samirrada terrorçu qrup zərərsizləşdirildi


İraqın Samirra şəhərində terror aktı həyata keçirmək istəyən qrup zərərsizləşdirilib. Samirra şәhәrinin әməliyyatlar komandanı general-mayor İmad Əl-Zuhairi Al-Sumaria televiziyasına verdiyi açıqlamada, Samirra şəhərində terror aktı törətmək istəyən 3 nəfər intiharçı terrorçudan ibarət qrupun Əd-Dur məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

General-mayor İmad Əl-Zuhairi deyib ki, təhlükəsizlik qüvvələri Səlahəddin vilayətinin Əd-Dur və Samirra şəhərlərində terror aktları həyata keçirmək istəyən qrupun pusquya salınaraq, məhv edildiyini deyib . O, əməliyyat zamanı 3 nəfər intiharçı terrorçu və onların istifadə etdiyi maşının məhv edildiyini bildirib.

Qeyd edək ki, bu gün İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) pak hərəmlərinin yerləşdiyi Samirra şəhərinə İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadəti münasibətilə milyonlarla zəvvar axışır. Bu haqda Dəyərlər saytı xəbər verib.