جمعه 7 اردیبهشت 1403

14 August 2023

Almaniyada “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki fəaliyyətə başlayıb

Almaniyada “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki fəaliyyətə başlayıb


Almaniyada “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki fəaliyyətə başlayıb. Bu haqda, Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin elmi-heyətinin əsas üzvü, İslam Araşdırmaları Kafedrasının müdiri və “İRKAZ”-ın  sədri Ustad PhD. Dr. Tofiq Əsədovla müsahibəmiz zamanı məlumat əldə etmişik.

Müsahibə vaxtı Ustad Dr. Tofiq belə bildirdi: “Almaniyada olduğum zaman, orada akademik titulda beynəlxalq bir dini-mədəni mərkəzin yaranmasının zərurətini hiss etdim. Bunun üçün çox hörmətli ziyalı dostum, tanınmış alim Mirbaqir Ağayevdən yardım alaraq, həmin ölkənin qanunları əsasında "İRKAZ" adlı rəsmi beynəlxalq elmi mərkəz yaratdım. Əsas hədəf, mənəvi dəyərlərin benəlxalq səviyyədə tanıtdırılmasıdır. İRKAZ, artıq Almaniyanın notarius və məhkəmə qərarı ilə, beynəlxalq akademik mərkəz olaraq, rəsmi surətdə tanındı.”

Qeyd edək ki, “İRKAZ”, Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki   hal-hazırda Almaniyanın Köln şəhərində yerləşir. Mərkəz mənəvi-insani dəyərlərin qorunması, dinlərin dialoqunu əsas götürərək, beynəlxalq səviyyədə sülh, əmin-amanlıq, qardaşlıq, şəfqət və humanizm kimi dəyərlərə xidmət etməyi qarşısına məqsəd qoyub.