سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

“Hz. Məhəmmədin (s) təbliğ üslubları” adlı elmi vebinar

“Hz. Məhəmmədin (s) təbliğ üslubları” adlı elmi vebinar


Əl-Mustafa Beynəlxalq Virtual Universiteti İslam Araşdırmaları Azərbaycan bölümünün təşkilatşılığı ilə “Hz. Məhəmmədin (s) təbliğ üslubları” adlı elmi vebinar keçirmişdir.

Vebinarda Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin elmi-heyətinin əsas üzvü, İslam Araşdırmaları Kafedrasının müdiri və İslam Araşdırmaları Fakültəsinin Azərbaycan bölümünün sədri  Ustad Ph. Dr. Tofiq Əsədov “Hz. Məhəmmədin (s) təbliğ üslubları”  haqda elmi mühazirə etmişdir. Ph. Dr. Tofiq Əsədov əziz Peyğəmbərimizin (s) “Aləmlərə rəhmət” olduğuna diqqət çəkərək, dini-mənəvi təbliğin məhz bu əsas üzərində qurulmasının zəruriliyi haqda danışmış, bir “ilahi müəllim” olan Həzrət Məhəmmədin (s) dinini “qayğıkeş müəllim” kimi təlim verməyin əhəmiyyətini vurğulamışdır. Təkid etmişdir ki, hədəfimiz ilahi maarifi yaymaqla, uca mənəviyyata sahib bəşəriyyətin sağlam gələcəyinə və əmin-amanlığına xidmət etmək olmalıdır.

Ustad Ph. Dr. Tofiq Əsədov mühazirə zamanı həminin demişdir: “İslam dininin dünya səviyyəsində ümumbəşəri bir din kimi tanınması üçün məntiq və fəlsəfə ərqumetlərinin kənarında, əxlaq və mənəviyyat mövzusunu hər zaman gündəmdə saxlamalıyıq.”

Dəyərli ustadın söhbətinin ardınca İslam fəlsəfəsi üzrə doktorant Emin İmani çıxış edərək, dini-mənəvi təbliğ zamanı elmi əsaslara istinad olunmasının əhəmiyyətindən danışmışdır. O, “beynəlxalq səviyyədəki dini maarifləndirmədə, fəlsəfi cərəyanlardan agah olmaqla, əqli və məntiqi arqumentlərdən istifadə edilməsinin lazımdır.”-deyə, bu sahədə olan zəruri məqamlara diqqət çəkmişdir.

Sonra Dr. Əfzələddin Rəhimli çıxış edərək, dini-mənəvi təbliğin şəfqət, mərhəmət prinsiplərinə əsaslanmalı olması haqda danışmış, bu yönümdə elmi əsaslandırmaların da lazımlı olmasına təkid etmişdir. O, “dünyamızı və axirətimizi yalnız sülh, əmin-amanlıq, qardaşlıq, güzəşt, mərhəmət və məsuliyyət hissi ilə zəngin olan rəftarlarımız cənnətə cevirəcəkdir.”- deyə sözünü tamamlamışdır.

Xatırladırıq ki, vebinarda 50-ə yaxın iştirakçı olmuşdur.