شنبه 1 اردیبهشت 1403

14 August 2023

İspaniyada "İslam əlyazmaları sərgisi" keçirilib

İslam əlyazmaları sərgisi İslam Təhsil, Elm və Mədəniyyət (İSESCO) təşkilatının səyi ilə İspaniyanın Qranada şəhərində keçirilib.

İQNA xəbər verir ki, sərgi dekabrın 1-də İspaniyanın cənubunda yerləşən Əndəlus vilayətinin Qranada şəhərində İSESCO-nun səyilə açılıb və ayın sonuna qədər davam edəcək.

Bu sərgi Qranada şəhərinin Avropa-Ərəb institutunun mərkəzində İspaniyadakı Slovakiya səfirliyində keçirilib. Sərgidə təqdim olunan əlyazma əsərlər Slovakiyanın paytaxtı Bratislava şəhəri universitetinin kitabxanasına aid əlyazma kolleksiyasıdır.

Əl-Suğra Mədəniyyət İnstitutunun direktoru Əbdül Səməd Antonio Romiro və İSESCO rəsmiləri sərginin açılış mərasimində iştirak ediblər. Dəyərlər saytı bu haqda məlumat verib.