جمعه 7 اردیبهشت 1403

14 August 2023

İmam Əlinin (ə) pak hərəmində təmir-bərpa işləri davam edir

İmam Əlinin (ə) pak hərəmində təmir-bərpa işləri davam edir


Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəminin Ərbəin zəvvarlarının qonaq etdiyi Fatimeyi Zəhra (s.ə) səhnində yenidən təmir-bərpa işlərinə start verilib.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, Kərbəlaya doğru Ərbəin yürüşünə qoşulmaq üçün İmam Əlinin (ə) hərəminə də üz tutan zəvvarların rahat yerləşdirilməsilə bağlı hərəmdə xüsusi hazırlıqlar görülmüşdü və Həzrəti Rəsulallahın (s) vəfatından sonra, zəvvarların yerləşdirilməsi üçün ayrılan Fatimeyi-Zəhra (s.ə) səhnində təmizlik işləri aparılıb.

Qeyd edək ki, zəvvarların rahat yerləşdirilməsi üçün Fatimeyi-Zəhra (s.ə) səhninə 6000 xalça, 2 milyondan artıq ədyal və yastıq yerləşdirilmişdi. Bundan başqa, həmin ayrılmış hissədə 100 içməli su stendi və 1 milyondan artıq şüşə və plastik sular, 10 mindən artıq İmam Hüseyn (ə) türbəti 2.5 ton tullantını qəbul edəcək müxtəlif ölçülü zibil qutuları yerləşdirilmişdi. Xəbər dəyərlər saytına istinad edilir.