چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

3 milyon zəvvar İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhədi ziyarət edib

3 milyon zəvvar İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhədi ziyarət edib


İmam Rzanın (ə) şəhadət günü münasibəti ilə indiyədk  3 milyon 100 min zəvvar müxtəlif nəqliyyat vasitələrlə Məşhəd şəhərinə səfər edib. 

Maideaz xəbər verir ki, bunu  İranın Rəzəvi Xorasan əyalətinin zəvvarların rifahının təmini üzrə idarə rəisi Mehdi Fruzan deyib. 

M.Fruzan deyib ki, həmçinin 210 mindən çox zəvvar piyada Məşhəd şəhərinə səfər edib. 

30 noyabr İmam Rzanın (ə) şəhadət günü idi.  Hər il bü gün münasibətlə dünyanın müxtəlif ölkələrindən xüsusi ilə İranın müxtəlif bölgələrindən Əhli-Beyt (ə) aşiqləri  O həzrəti ziyarət etmək üçün Məşhəd şəhərinə səfər edir.