شنبه 22 اردیبهشت 1403

14 August 2023

Ayətullah Musəvi Ərdəbili vəfat edib

Ayətullah Musəvi Ərdəbili vəfat edib


Ötən gün İranın Tibb elmləri üzrə Universitetinin rekatoru Seyid Cavad  Mirismaili  Ayətullah Musəvi Ərdəbilinin bazar ertəsi  Tehranın Lalə xəstəxanasında yatırıldığını bildirmiş və demişdi ki, Ayətullah Ərdəbili xəstəxanada yerləşdirildikdən sonra vəziyyəti normallaşsa da, daha sonra vəziyyəti ağırlaşıb və komada olub. 

Xatırladaq ki, Ayətullah Xamenei Tehranın Lalə xəstəxanasında yatan mərcəi təqlid Ayətullah Musəvi Ərdəbiliyə baş çəkmişdi. 

Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüb. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.

Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var. İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.

Əvvəllər bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etmişdir. Sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşmışdır.  

O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. Xəbər maidəaza istinad edilir. Allah rəhmət etsin!

 


آخرین اخبار