پنج شنبه 9 فروردین 1403

14 August 2023

Rusiyanın B. Bredixin məntəqəsində Ərbəin mərasimi

Rusiyanın B. Bredixin məntəqəsində Ərbəin mərasimi


Rusiyanın müxtəlif bölgələrində Behişt cavanlarının sərvəri, Şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) Ərbəin məraimi münasibətilə əza məclisi keçirilmişdir. Böyük ehtişamlı məclisdə, xalqın müxtəlif təbəqələrindən olan insanlar Kərbəla şəhidləri üçün göz yaşı axıtmış, eşq və məhəbbətlərini izhar etmişlər.

Məclisdə çıxış edən Höccətül-islam Hacı Vəfadar Kərbəla vaqeəsinin əhəmiyyətindən, ziyarət fəlsəfəsindən danışmış, məclis əhlini məlumatlandırmışdır. Sonra rövzə və mərsiyələrə oxunmuş, ehsan süfrəsi açılmışdır. Allah qəbul etsin!