پنج شنبه 9 فروردین 1403

14 August 2023

Ayətullah Seyid Əli Xamenei (md) Ərbəin əza mərasimində iştirak edib

Ayətullah Seyid Əli Xamenei (md) Ərbəin əza mərasimində iştirak edib


Şəhidlər ağası imam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ‒ Ərbəin gününün ildönümündə bu gün səhər imam Xomeyni (r.ə) adına hüseyniyyədə  Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə əza mərasimi təşkil edilib. 

İran universitetlərindən olan tələbələrin iştirak etdiyi bu mərasim imam Hüseynə (ə) qarşı aşıb-daşan sevgi və emosiya atmosferində baş tutub.

Yüksək rütbəli dövlət məmurlarının da iştirak etdiyi bu möhtəşəm mərasimdə Əhli-beyt (ə) məddahları və əzadarlar növhə və mərsiyələr oxuyaraq Kərbəla əsirlərini aparan karvanın, o cümlədən Həzrət Zeynəbin (s.ə) çəkdiyi hədsiz müsibətlərə göz yaşı axıtdılar. Bu haqda maidəaz xəbər verib.

Bu gün, bazar günü, 1438-ci hicri qəməri ili, səfər ayının 20-si (20 noyabr) şiələrin üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhid olmasının qırxıncı günü, Ərbəin günüdür.