جمعه 7 اردیبهشت 1403

14 August 2023

Azərbaycanlı zəvvarların Ərbəin ziyarəti davam edir

Azərbaycanlı zəvvarların Ərbəin ziyarəti davam edir


Ərbəin ziyarətinə start verildiyi gündən bəri çoxsaylı Azərbaycanlı zəvvarlar Kərbəla şəhərinə üz tutaraq, bu möhtəşəm və izdihamlı yürüşdə iştirak etmək üçün, davamlı olaraq İraqa səfər etməkdədirlər. İraqda Kufə, Bəsrə, Nəcəfi-Əşrəf, Samirra və Kərbəla kimi dəyərli və müqəddəs məkanları ziyarət edən zəvvarlarımız, bir daha qəlblərindəki daim alışıb-yanan Əhli-beyt eşqini nümayiş etdirir, Həzrət İmam Hüseynlə (ə) birgə olduqlarını bəyan edirlər.

Şəkildə gördüyünüz Azərbaycanlı zəvvarların İraqın müqəddəs məkanlarını ziyarətləri zamanı bir qrupun sevinc və mənəvi şadlığının nümunəsidir. Allah ziyarətlərinizi qəbul etsin!