چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Ərbəin zəvvarları üçün Kərbəlada 8100-dən çox müvəqqəti çadır qurulub

Ərbəin zəvvarları üçün Kərbəlada 8100-dən çox müvəqqəti çadır qurulub


Kərbəla şəhərində  Ərbəin zəvvarlarına xidmət etmək üçün 8100-dən çox  mokib  (mokib- ziyarətçilərə xidmət etmək və onların istirahəti üçün qurulan müvəqqəti çadır) qurulub. Bunu İmam Hüseyn (ə) ziyarətgahının  mokiblər üzrə idarə rəhbəri Mazin əl –Vəzni deyib. 

Mazin əl-Vəzni deyib ki, ziyarətçilərə xidmət etmək üçün qurulan müvəqqəti cadırlarda xidmət göstərənlərə  zəvvarların canı və təhlükəsizliyinin qorunması,  küçə və xiyabanların təmizliyi, ağacların kəsilməməsi, yeməklərin paylanılması, namazların vaxtında qılınması  və eləcə də Ərbəin ziyarətinin hörmətinin saxlanılmasına dair  məsləhətlər verilib. 

O deyib ki, onlara bildirilib ki, şübhəli hər bir şey gördükləri zamanı təhlükəsizlik qüvvələrinə xəbər versinlər. 

M.Əl-Vəzni deyib ki, İmam Hüseyn (ə) zəvvarlarına xidmət etmək üçün qurulan mokiblərdə İraqın bütün əyalətlərindən eləcədə  Azərbaycan, İran, Suriya, Livan,Misir, Əl-Cəzair, Mərakeş, Fars Körfəzi ölkələri,  bəzi Avorpa İttifaqı  ölkələri, Çin, Hindistan, Kanada, İsveçrə və Amerikadan İmam Hüseyn (ə) xidmətçiləri  fəaliyyət göstərirlər. 

Onun sözlərinə görə,  ötən il qurulan xidmət qruplarının sayı 7600  təşkil edirdi , bu il isə bu rəqəm 8100 -ə qalxıb. Bu yalnız Kərbəla şəhərində quraşdırılan və İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərən xidmət qruplarının sayıdır. Bu haqda maidəaz saytı xəbər verib.