چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İraq hökuməti Mehran sərhəddini tamamilə bağladı

İraq hökuməti Mehran sərhəddini tamamilə bağladı


İraq hökuməti bu gün səhərdən Mehran – Zərbatiyyə sərhəd-buraxılış məntəqəsini bağlayıb. Bunu İranın İlam əyalətinin başçısı Məhəmmədrza Mirvarid deyib. 

 O, həmçinin artırıb ki: “Mehran - Zərbatiyyə sərhəd-buraxılış məntəqəsi bu gün səhər saat 6-dan bağlanıb, zəvvarların çıxışına icazə verilmir.” 

Tasnimnews xəbər saytının məlumatına görə, O deyib ki, indiyədək Mehran sərhəd buraxılış məntəqəsindən 1 milyon zəvvar İraq torpağına keçib. 

Qeyd edək ki, bir neçə gün öncə İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari də Mehran sərhəd-buraxılış məntəqəsində həddən artıq sıxlıq yarandığı üçün müvəqqəti və (qısa müddətli alarbaeen red) bağlandığını demişdi. 

O demişdi ki, Ərbəin ziyarətinə getmək istəyən zəvvarlar Çəzabə və Şələmçə sərhəd-buraxılış məntəqələrindən keçərək İraqa gedə bilər. (Amma ardınca çox qısa fasilədən sonra Mehran sərhəddi açıldı. alarbaeen red.)

Mehr agentliyinin məlumatına görə, İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Şələmçə və Çəzabə sərhəd-buraxılış məntəqələri  3 növbədə çalışacaq. Bunu İranın Baş  Gömrük İdarəsinin Xuzestan əyaləti üzrə gömrük nəzarətçisi  Rza Cəfəri  deyib. Xəbər maidəaza istinad edilir.